Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:27

-

Bəzi dindar qruplar inanırlar ki, bu bazar səmada görünəcək nəhəng Ay dünyanın axırı ola bilər.

Xristianların müqəddəs kitabı İncildə dünyanın axırı məhz Ayın nəhəngləşməsi ilə təsvir edilir.

Alimlər isə deyirlər ki, Ay ildə bir neçə dəfə Yerə ən yaxın məsafəyə yaxınlaşır və bu zaman planetmizdə həqiqətən də böyük təbii kataklizmlər – zəlzələlər, vulkanlar və fırtınalar baş verə bilir.

Məsələn burası dəqiq bəllidir ki, Ay Yerə son dərəcə yaxın olduğundan dəniz səviyyəsinin yüksəlməsi müşahidə olunur. İndioneziyada 2004-cü ilin dağıdıcı tsunamisi məhz superAy-ın çıxdığı vaxt baş vermişdi.

Xəbər verilir ki, bu dəfə də superbədirlənmə Atlantikada meydan sulayan Berta qasırğası ilə eyni vaxta təsadüf edib. Dəniz səviyyəsinin yüksəlməsi sürəti saatda 120 kilometrə çatan küləklərlə birlikdə okean sahillərində dağıntılara səbəb ola bilər.

10 AVQUST AXŞAM SAAT 10-DA

Avqustun 10-da Bakı vaxtı ilə axşam saat 10-da Ay Yerə ən yaxın məsafəsində - 356 896.172 kilometrlik məsafədə olacaq və bu zaman həmişə göründüyündən 16 faiz daha böyük və 30 faiz daha parlaq görünəcək.

Astronomlar bildirirlər ki, bu dəfəki superAy onunla fərqlənir ki, o Yerə həmişə olduğundan 1389 kilometr daha yaxın gələcək.

Londondakı Qrinviç Kral Rəsədxanasının əməkdaşı Tom Kerss məlumat verir ki, 2014-cü ildə Ay Yerə artıq iki dəfə - yanvar və iyulda yaxınlaşıb. Alim bildirib ki, indiki yaxınlaşmada da qeyri-adi heç nə yoxdur. O, Ayın gözəlliyinə tamaşa etməyi və onun şəkillərini çəkməyi, ən başlıcası əfsanələrə inanmamağı məsləhət görür.

ALLAHIN MESAJI

Britaniyanın ruhani xadimlərindən pastor John Hagee «Dörd qanlı Ay» kitabının müəllifidir. O deyir ki, Allah Günəşi, Ayı və ulduzları idarə edir və onların dili ilə bizə mühüm mesajlarını çatdırır.

Alimlər isə deyirlər ki, bu dəfəki superAy doğulması ilə yanaşı «ulduz yağışı» da baş verəcək. Bu hadisə ildə bir dəfə, yayın axırlarına yaxın baş verir.

Həmin vaxt Yerin atmosferinə saatda 100 meteor daxil olur və onların əksəriyyəti elə atmosferdə yanıb gedir. Həm alimləri, həm də dindarları dinləyib bir nəticəyə gəlmək olar: Allah göy cismlərinin hərəkətində hələlik heç bir cədvəldənkənar dəyişiklik etməyib.

Odur ki, Aya tamaş edib, sakitcə yatmaq olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG