Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:39

Polis tələbələrin piketinin qarşısını aldı


Sentyabrın 25-də Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələri təhsil hüquqlarının bərpası tələbilə Təhsil Nazirlyinin qarşısında piket keçirməyə cəhd göstəriblər. Amma polisin müdaxiləsi nəticəsində aksiya baş tutmayıb.


Tələbələrdən Xalid Qarayevin sözlərinə görə, hazırda onlar universitet binasına toplaşaraq oturaq aksiyanı davam etdirirlər. Tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirəcəklər.


Təhsil Nazirliyindən isə bildirirlər ki, lisenziyası ləğv olunmuş MAU-nun əksər tələbələri başqa ali məktəblərə köçürülüb. Test üsulu ilə qəbul imtahanlarını vermədən həmin ali məktəbə qəbul olunmuş 370 nəfər tələbənin təhsil hüququnun bərpası ilə bağlı qərarı isə məhkəmə verə bilər.


Bir müddət əvvəl də tələbələr eyni tələblərlə qısa müddətli fasilələrlə iki ayadək oturaq aksiya keçirmişdilər.



XS
SM
MD
LG