Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:51

Türkiyəyə aparılan əsgərlərdən birinin iki ayağı amputasiya edilib


Arxiv foto

Arxiv foto

Cəbhə bölgəsindəki atışmada yaralanan üç Azərbaycan əsgəri müalicə üçün dünən Türkiyəyə göndərilib. «Anadolu» xəbər agentliyi bildirir ki, əsgərlərdən Ədalət Məmmədov Ankara Eğitim ve Araştırma Hastanesi-nə, Elvin ƏsgərovSərxan Tahirzadə Atatürk Eğitim ve Araştırma Hastanesi-nə yerləşdirilib.

Səhiyyə Nazirliyi Təcili Tibbi xidmətin baş direktoru Osman Arıkan Nacar əsgərlərdən birinin həyati təhlükəsinin sovuşmadığı, digərlərininsə durumunun normal olduğunu deyib. Osman Arıkan Nacar vəziyyəti pis olan əsgər 19 yaşlı Sərxan Tahirzadə iki ayağını itirdiyini, digər iki əsgərin qarın içi yaralanmasının olduğunu bildirib. Nacar vəziyyəti pis olan xəstənin bir gözünün amputasiya edildiyini söyləyib.

İyulun 31-dən bəri cəbhə xəttində gedən atışmalarda 15 Azərbaycan əsgəri həlak olub olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG