Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:02

“Sabah müharibə başlasa, qəsəbəyə şəhid gəlsə, dəfn etməyə yer yoxdur. Çünki qəsəbədəki Şəhidlər Xiyabanını da zəbt ediblər. Bura bir ailə köçüb, evinin qapısını xiyabana açıb”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Keşlə sakini Lətif Mikayılov deyir.

Bakının Nizami rayonu ərazisində yerləşən Keşlə qəsəbəsinin sakinləri bir ailənin Əfşari küçəsindəki Şəhidlər Xiyabanına açdığı qapının bağlanmasını tələb edirlər.

Sakinlərin deməsinə görə, Xiyabana qapı bu günlərdə açılıb. Onlar bunu edən ailəni məhkəməyə verəcəklərini bildiriblər:

Qəsəbə sakini Məhərrəm Hüseyn:

“Əgər bu qapı hörülməsə biz məhkəməyə qədər gedəcəyik. Buna rəsmi icazə verən qurumu da məhkəməyə verəcəyik”.

Başqa sakin Eldar Həsənov:

“Keşlənin hər tərəfini satıblar. Qəsəbədə bir qarış torpaq qalmayıb. Bircə Xiyaban qalmışdı, ona da göz dikdilər. Utansınlar, məzaerlığı da satın alıb qapı açırlar. Bu qapıdan necə çıxacaqlar? Qəbirlərin üstünə qapı açılar?”

Başqa sakin:

“Burada ağaclar əkilmişdi, oturacaqlar vardı. Bir gecədə hamısını yığışdırıblar, bura qapı açıblar. Bu, bizim şəhidlərimizə hörmətsizlikdir”.

Ev sahibinin həyat yoldaşı isə razılaşmır. O, bildirib ki, əksinə, onlar bura köçəndən sonra ərazidəki zibilliyi təmizləyiblər, abadlıq işi görüblər. Xiyabana qapının açılmasına gəlincə, bu qapını ehtiyat qapı kimi açdıqlarını, evin əsas giriş qapısı isə başqa səmtə olduğunu deyib.

Nizami rayon İcra hakimiyyətinin Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyev bildirib ki, ev sahibinin açdığı qapı Dövlət Reyestri Xidməti tərəfindən verilmiş sənəddə əksini tapıb. Bu səbəbdən də icra nümayəndəliyinin bu məsələyə qarışmaq səlahiyyəti yoxdur. Sakinlər narazıdırsa, məhkəməyə müraciət edə bilərlər.

Sakinlər qəsəbədə iki dəfə etiraz aksiyası keçiriblər. Onlar bu addımın nəticəsini görmədiklərindən məhkəməyə müraciət etmək qərarına gəliblər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG