Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:16

İslam Dövlətindən qaçaraq dağlara sığınanlara Britaniya dövləti də yardım etməyə başlayıb. İngiltərənin İnkişaf Nazirliyi humanitar yardım üçün iki təyyarənin Sincar əyalətinə göndərildiyini deyir.

Fransa da eyni zamanda qaçqınlara humanitar yardım yollayacağını açıqlayıb.

UNİCEF-in İraqdakı sözcüsü Karim Elkorany Sincar dağlarında 56 Yezidi uşağın susuzluqdan öldüyünü bildirib.

Ötən gün ABŞ hava qüvvələri İslam Dövlətinin mövqelərinə havadan zərbələr endirib. Barack Obama qaçqınları qorumağa davam edəcəyini bildirib. İslam dövləti yaraqlıları Sincar şəhərini tutanda əksəriyyəti yezidilərdən ibarət 40 min didərgin ölkənin şimalındakı Sincar dağlarına sığınıb.

İŞİD yaraqlıları yezidi və xristianlara ya İslamı qəbul etməyi, ya ölümü seçməyi, ya da qaçıb canlarını qurtarmağı əmr etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG