Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:28

“İki ildir ki, amansız xəstəkilkərlə mübarizə aparıram. Bədənimin dayaq nöqtələri və aşağı ətraflarımda ciddi problemler var”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə gəncliyini müharibəyə həsr etmiş milli fəal, 1990-cı il meydan hərəkatından milli mücadiləyə qoşulmuş Qarabag müharibəsi iştirakçısı Rüxsarə Cumayeva deyir. O, səhhətindəki problemlərin günü-gündən ciddiləşdiyini bildirir.

Səhhətindəki problemləri aradan qaldırmaq üçün Türkiyəyə gedən döyüşçümüz Ankara Nümunə xəstəxanasında bir-birinin ardınca bir necə əməliyyat keçirsə də sağlamlığı bərpa olunmayıb.

“Əməliyyatların birində 45 dəqiqəlik kliniki ölüm keçirdim. Məni təcili İstanbul Maltepe Tibb Unversitetinin araşdırma xəstəxanasına köçürdülər. Orada daha 2 əməliyyat keçirdim. Növbəti əməliyat üçün 18 min avro tələb olunur”.

47 yaşlı Rüxsarə Cumayeva 1991-ci ildə Qarabağ döyüşlərinə qoşulub. İlk döyüş yolu Daşaltı əməliyyatından başlayan bu xanım 1992-ci ildə Ağdam, 1994-cü ildə Murov cəbhələrində yaralanan döyüşçülərin döyüş meydanından çıxarılaraq ilk tibbi yardım göstərilməsində yaxından iştirak edib.

Cəbhədən qayıdandan sonra ailə qurub, bir qız övladi var. İndi bu qız övladının sahibsiz qalmaması üçün sağlamlığının bərpasına xeyriyyəçi insanların töhfəsini gözləyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG