Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:53

Sumqayıtda torpaq mübahisəsi qonşuları bir-birinə az qala düşmən edib. Aralarındakı mübahisə ilə bağlı məhkəmə də qərar çıxarıb. Ancaq tərəflər heç cür razılığa gələ bilmirlər.

Novxanı bağlar massivi 8, 1321b bağ evinin sahibi Bayram Kərimovla onun qonşuluğunda torpaq sahəsi olan Şirin Dadaşov və onun qohumları arasında bir ildən çoxdur ki, bu mübahisə adi hala çevrilib. Bu barədə AzadlıqRadiosunun "Qaynar xətt"inə Bayram Kərimov danışır. Onun sözlərinə görə, səbəb qonşularını məhkəməyə verməsidir. Deməsinə görə, Dadaşovlar ailəsi onun şəxsi hasarını 20 metrə qədər uzunluğunda zəbt edib və hasarın o tayında qanunsuz tikililər tikib:

"QIŞDA YAĞIŞ, QAR SULARI HƏYƏTİMƏ DOLUR"

“Özüm Əfqanıstan və Qarabağ müharibələri veteranıyam. 5 ilə yaxındır ki, bu bağda yaşayıram. Onların bağ sahəsinin baxımsız olması səbəbindən qışda yağış və qar suları süzülərək mənim bağ həyətimdəki tikililərin divarlarını nəmləndirir, həyəti su basır. İndiyədək mənə azı 5 min manat zərər dəyib”.

Bayram Kərimov Sumqayıt şəhər məhkəməsində iddia qaldırıb ki, divarın o taylndakı tikililər sökülsün. Məhkəmə əvvəl belə bir qərardad çıxarıb. Ancaq Qərardanddan şikayət verilib və yeni qərardad çıxıb ki, tikililərə toxunulmasın. Bayram Kərimov:

“Mən burada icra məmurlarını gözləyirdim ki, gəlib sökülmə ilə bağlı qərardadı icra etsinlər. Bir də gördüm mənə təzə qərardad gətiriblər ki, tikililər sökülməsin”.

Dadaşovlar ailəsi isə qonşu ilə razılaşmırlar. Bayram Kərimovun onları məhkəməyə verməkdə başqa məqsədi olduğunu deyirlər. Validə Dadaşova:

"TORPAĞIMIZI ƏLƏ KEÇİRMƏK İSTƏYİR"

“Onun məqsədi budur ki, bizim torpağımızı ələ keçirsin. Torpağımıza göz dikib. Hasarın bu tərəfi bizim şəxsi mülkiyyətimizdədir. Nə istəsək onu da tikə bilərik. Qonşuya nə? O ki qaldı guya bizim həyətdən onun həyətinə su sızmasına, mütəxəssislər gəldilər, ona sübut etdilər ki, o su qrunt sularıdır və bizim tərəfdən yox, başqa istiqamətdən onun həyətinə axır”.

Arxiv fotosu

Arxiv fotosu

Sumqayıt şəhər Məhkəməsinin hakuimi İlyas Mahmudov bildirib ki Bayram Kərimovun iddiası qisdmən təmin olunub. Tikilinin üzərindəki əlavələr sökülüb. Dadaşovların həmin sahəyə aid bütün sənədləri qaydasında olduğuna görə, iddianın tikilinin sökülməsi ilə bağlı hissəsi təmin olunmayıb. Həyətinə su axmasına gəlincə, məhkəmə ekspertiza təyin edib, mübahisəli yerə baxış keçirilib. Suların qonşuların həyəti tərəfindən yox, başqa istiqamətdən həyətinə dolduğu müəyyən edilib.

Hakim narazı qalan tərəfin apellyasiya şikayəti vermək hüququ olduğunu da bildirib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG