Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:27

-

Ötən gecə - avqustun 9-da erməni silahlı bölmələri bir neçə istiqamətdən atəşkəsi pozub. Nəticədə Ermənistan-Azərbaycan sərhəddinin Tovuz ərazisində, qoşunların təmas xəttində, Silahlı Qüvvələrin əsgəri Fətəlizadə Rüfət Nazim oğlu həlak olub. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, Rüfət Fətəlizadə Ağsudan hərbi xidmətə çağırılıb, 1995-ci il təvəllüdlüdür.

Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy ərazisində, qoşunların təmas xəttində, Tağıyev Orxan Qalib oğlu yaralanıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə köçürülüb. Müdafiə nazirliyi bildirir ki, hazırda yaralı əsgərin vəziyyəti kafidir.

Orxan Tağıyev 1993-ci il təvəllüdlüdür, Mingəçevirdən hərbi xidmətə çağırılıb.

İyulun 31-dən bəri cəbhə xəttindəki atışmalarda 15 əsgər şəhid olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG