Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:09

-

AzadliqRadiosunun Ankaradakı müxbiri xəbər verir ki, Receb Tayyib Erdoğanın 50 faizdən çox səs toplayacağı gözlənilir. Bu isə seçkilərin ikinci turunun keçirilməsinə ehtiyac olmayacağı anlamına gəlir.

Erdoğan 2003-cü ildən bəri Türkiyədə baş nazir vəzifəsindədir. O, bildirib ki, əgər prezident seçilərsə konstitusiyada dəyişiklik edərək simvolik prezident postunu icraedici orqana çevirəcək.

Bu seçkilərdə R.T. Erdoğanın rəqibləri Ekmeleddin İhsanoğlu və Selahattin Demirtaşdır.

90 il əvvəl - Türkiyə Respublikası qurulandan bəri prezidenti parlament seçirdi. Tarixində ilk dəfə olaraq 2014-cü ildə Türkiyə Cümhuriyyəti prezidentini səsvermə yolu ilə seçir.

TÜRKİƏ YENİ PREZİDENTİNİ SEÇİR

Türkiyə Cümhuriyyəti 12-ci prezidentini müəyyənləşdirmək üçün ümumxalq səsverməsinə başlayıb. Seçkilər avqustun 10-da keçirilir.

90 il əvvəl Türkiyə Respublikası qurulandan bəri prezidenti parlament seçirdi. Tarixində ilk dəfə olaraq 2014-cü ildə Türkiyə Cümhuriyyəti prezidentini səsvermə yolu ilə seçir.

53 MİLYON SEÇİCİNİN SƏSVERMƏ HÜQUQU VAR

Konstitusiyada edilən dəyişiklikdən sonra prezident xalq tərəfindən 5 illik müddətə seçiləcək və ikinci 5 il üçün də namizədliyini irəli sürə biləcək. İki dəfə prezident olmuş şəxsin prezidentliyə üçüncü dəfə namizəd olmasına Konstitusiya imkan vermir.

Prezidentlik üçün üç namizəd yarışır: Ədalət və İnkişaf Partiyasında (AKP) Receb Tayyib Erdoğan, Xalqların Demokratik Partiyasından Selahattin Demirtaş və mərkəz-solçu Cümhuriyyət Xalq Partiyası (CHP) və Millətçi Hərəkat Partiyası (MHP) namizədliyini irəli sürdüyü Ekmeleddin İhsanoğlu.

Seçki nəticələrinin axşam saat 8-də açıqlanması gözlənilir.

Prezidentin ilk turda seçilməməsi durumunda ən çox səs almış 2 namizəd avqustun 24-də keçiriləcək ikinci turda yarışacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG