Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:56

Soçidə Putin Sarkisianla görüşüb


Russia -- Russian President Vladimir Putin meets his Armenian counterpart Serzh Sarkissian in Sochi, 9Aug2014
Russia -- Russian President Vladimir Putin meets his Armenian counterpart Serzh Sarkissian in Sochi, 9Aug2014

Avqustun 9-da Soçidə Rusiya və Ermənistan prezidentlərinin görüşü olub.

İnterfaks agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisian Vladimir Putinə deyib ki, Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan bilərəkdən qızışdırır.

Sarkisian Putinə deyib: “Mən bizim regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sərhəddində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm”.

(Qeyd edək ki, son günlər Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində döyüşlərin qızışmasında Azərbaycn və Ermənistan bir-birlərini ittiham edir – Azadlıq Radiosu).

Avqustun 10-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü gözlənilir.

XS
SM
MD
LG