Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:44

Əliyev və Sarkisian avqustun 10-da görüşəcəklər


Serzh Sarkisian və İlham Əliyev

Serzh Sarkisian və İlham Əliyev

-

Azərbaycan və Ermənistan prezidentləri arasında görüş avqustun 10-da olacaq.

Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz «Twitter» səhifəsində məlumat verib:

«Artıq Soçidəyik. Bu gün Azərbaycan və Rusiya prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər. Sabah isə Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq».

Görüş Rusiya prezidenti Vladimir Putin-in təşəbbüsü ilə keçirilir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşə qatılmayacaqlar.

İyulun 31-dən bəri Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində atəşkəs ardıcıl olaraq pozulur, hər iki tərəf itki verir, yaralananlar var. Yerli və xarici ekspertlər Qafqazda yeni müharibə təhlükəsindən yazırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG