Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:02

Penitensiar Xidmət daha bir «etiraf məktubu»nu paylaşıb


Dəyanət Azərsoy
Dəyanət Azərsoy

-

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsdə olan jurnalist Dəyanət Azərsoyun yazdığı iddia olunan məktubu yayıb.

Avqustun 9-da xidmətin internet səhifəsində yayılan həmin məktubda Dəyanət Azərsoy AXCP və Milli Şuraya qoşulmaqda səhvə yol verdiyini yazır:

«Mən indi anlamışam ki, AXCP və Milli Şura tərəfdarı olmağımla böyük bir səhvə yol vermişəm. AXCP sıralarından uzaqlaşdığım üçün prezidentə müraciət edirəm ki, məni Yeni Azərbaycan Partiyasına üzv qəbul edəsiniz. YAP sıraları ilə fəxr edirəm. Lazım olarsa, TV vasitəsilə də bunları deyə bilərəm».

AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov AzadlıqRadiosuna belə bir partiya üzvünün olmadığını deyib:

«Belə getsə, bütün quldurluq və dələduzluq ittihamı ilə tutulanların hamısını cəbhəçi çıxaracaqlar. Adıçəkilən şəxsin AXCP üzvü olması bizə bəlli deyil. Gətirib göstərsinlər görək, hanı o adamın vəsiqəsi, o partiyaya nə vaxt üzv qəbul edilib. Kimsə bu cür yalanlarla, bəyanatlarla həbsxanadan azadlığa çıxmaq istəyirsə, özü bilər».

Dəyanət Azərsoy bir neçə gün əvvəl həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Penitensiar Xidmət avqustun 8-də 14 saylı həbsxanada cəza çəkən məhkum, «P.S Nota» qəzetinin və portalının redaktoru Sərdar Əlibəylinin yazdığı iddia olunan məktubu yayıb. Həmin məktubda bu günlərdə həbs edilən hüquq müdafiəçisi Leyla Yunusa ünvanlanan ittihamlar yer alıb.

Bundan əvvəl Penitensiar Xidmət hüquq müdafiəçisi Emil Məmmədovla maarifçi Həsən Hüseynlinin müraciətlərini yayıb. Hər iki müraciətdə prezidentin siyasi kursunun dəstəkləndiyi bildirilir.

XS
SM
MD
LG