Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Azərbaycan-Ermənistan sərhədində daha bir məktəbli yaralanıb


-

Atəşkəsin pozulması nəticəsində Ağstafa rayonunun Ermənistanla sərhəddə yerləşən Köhnə Qışlaq kəndinin sakini, 10-cu sinif şagirdi Kamran Tağıyev yaralanıb.

Rayon polisindən apa verilən məlumata görə, məktəbli Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl avqustun 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kənd sakini 10 yaşlı Qoşqar Abbasov boynunun arxasından qəlpə yarası almışdı.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan-Ermənistan sərhədi və təmas xətti boyunca sutka ərzində atəşkəs rejimi 97 dəfə pozulub.

XS
SM
MD
LG