Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:21

Dmitri Şostakoviç bir neçə dəfə intihara cəhd edibmiş


Dmitri Şostakoviç, Moskva. 1941-ci il
Dmitri Şostakoviç, Moskva. 1941-ci il

Bu həftə Rusiyanın musiqisevərləri böyük bəstəkar Dmitri Şostakoviçin yubileyi ilə əlaqədar onun əsərlərinin yeni yazıları və konsertlərindən, habelə xatirəsinə həsr olunmuş filmlərdən zövq almağa fürsət qazanacaq. 1906-cı ildə Sankt-Peterburqda anadan olmuş Polşa mənşəli Şostakoviç XX əsrin ən populyar və eləcə də ən məhsuldar bəstəkarlarından biri olub.


O, 15 simfoniya, iki opera, 6 konsert, 15 simli alətlər üçün kvartet, 3 balet yaratmış, habelə kino əsərləri üçün də musiqilər yazıb.


İki dəfə onun musiqisi rəsmi hakimiyyət tərəfindən qadağan edilib. 1936-cı ildə İosif Stalin «Mtsensk vilayətinin Ledi Makbeti» operasını bəyənmədikdən sonra, Şostakoviç rejimin carçısı olan «Pravda» qəzetində «xırda burjua formalizmi» üstündə tənqid edildi, habelə 1948-ci ildə o bir daha «formalizm» üstündə rəsmi şəkildə damğalandı. Bununla yanaşı Dmitri Şostakoviç SSRİ Ali Sovetinin deputatı və bir çox dövlət mükafatlarının laureatı olub. 1973-cü ildə isə Şostakoviç dissident fizika alimi Andrey Saxarovu məhkum edən məktubu imzaladı. Həmin hərəkətini o, ömrünün sonuna kimi özünə bağışlaya bilmədi.


1973-cü ildə Şostakoviç dissident fizika alimi Andrey Saxarovu məhkum edən məktubu imzaladı. Həmin hərəkətini o, ömrünün sonuna kimi özünə bağışlaya bilmədi

Şostakoviç yaradıcılığı üzrə ixtisaslaşan musiqişünas Oksana Dvorniçenko sənətkarın hakimiyyətlə münasibətlərinə dair ehtiyatlı mühakimə yürütməyin tərəfdarı olduğunu bildirib: «Mən də bu suala cavab axtarırdım. Müxtəlifin arxiv sənədləri ilə tanış oldum, amma məncə onun hansı təzyiq altında olduğunu təsəvvür etmək çətindir. Onun hər bir addımı son günə kimi izlənilirdi. Bu çox çətin məsələdir. Rahat kitabxanalarda əyləşərək, onun qorxaq olduğunu, hər hansı məktubu imzaladığını demək asandır. Fakt isə odur ki, o bir neçə dəfə intihar həddində olub».


Şostakoviçin ən çox tanınan və sevilən əsərlərindən biri «7-ci simfoniya», yaxud «Leningrad simfoniyasıdır».


Bəstəkarın 1941-ci ildə alman faşist qoşunlarının mühasirəsində qalan Leningrad sakinlərinin əzm və şücaətinə həsr etdiyi həmin əsər tezliklə Almaniyaya qarşı vuruşan bütün ölkələrdə nasist basqınına müqavimətin və Oksana Dvorniçenkonun sözlərinə görə, bir növ xalqlar birliyinin simvoluna çevrildi. Dmitriy Şostakoviçin həyat və yaradıcılığı bu gün də fikir ayrılığına səbəb olur. Amma, bu həftə müxtəlif ölkələrdə onun şərəfinə keçiriləcək təntənəli konsert və mərasimlər sözsüz ki, bu sovet bəstəkarının bu gün də dünyanı valeh etməsinə dəlalət edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG