Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:53

ABŞ təyyarələri İŞİD-ə zərbələri davam etdirib


Foto: Arxiv
Foto: Arxiv

-

ABŞ ordusu «İraq və Şam İslam Dövlətin»ə qarşı hava zərbələrinin ikinci fazasını davam etdirib.

Pentaqonun yaydığı məlumatda qeyd olunur ki, Amerika ordusuna məxsus pilotsuz təyyarələr terrorçuların minomyot mövqelərini məhv edib və bir qrup döyüşçü öldürülüb.

Pentaqonun mətbuat katibi John Kirby bildirib ki, ABŞ qırıcıları lazer görüntülərindən istifadə edərək İraqın Ərbil şəhərində döyüşçülərin 7 maşından ibarət avtomobil karvanını məhv edib.

İki təyyarə İŞİD döyüşçülərinin mobil artilleriya qurğularını sıradan çıxarıb.

ABŞ prezidenti Barack Obama Ərbildə Amerika hərbçilərini və diplomatik nümayəndəliyinin qorunması üçün avqustun 7-də «İraq və Şam İslam Dövlətin»ə qarşı hava zərbələri endirməyə razılıq verən qərar qəbul edib.

Məlumatda deyilir ki, hava zərbələri ilə yanaşı, Amerika təyyarələri Sincar vilayətində İŞİD döyüşçülərinin mühasirəsində qalan yezidlərə humanitar yardımlar atıblar.

XS
SM
MD
LG