Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:09

Valyutadəyişmə məntəqəsinə basqınla bağlı bir nəfər də həbs olunub


Arxiv fotosu

Arxiv fotosu

Quba rayon Polis Şöbəsinin əməkdaşları Qusar şəhər sakini, 26 yaşlı Ağamuradov Radik Rükməddin oğlunu həbs ediblər. Rayon polisindən verilən xəbərə görə, o, ötən il oktyabrın 16-da polis əməkdaşlarına qarşı silahlı basqında iştirak edən qruplaşmanın üzvüdür. Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2 və 181.2.5-ci maddələri ilə axtarışda idi.

Polisin məlumatına görə, Radik Ağamuradovun da daxil olduğu qrup 2013-cü il oktyabrın 16-da Qusar şəhəri ərazisindəki valyutadəyişmə məntəqəsələrindən birinə basqın ediblər. Məntəqə işçisinə küt alətlə xəsarət yetirərək külli miqdarda pul aparıblar.

Hadisədən az sonra Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Radif Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil ManafovTərlan Salmanov rayonun Küsnət-qazma kəndi ərazisində tutulublar. Əməliyyat zamanı qrup üzvləri tərəfindən açılan atəş nəticəsində bir polis əməkdaşı qətlə yetirilib.

Ancaq bunlar polisin məlumatıdır. Hadisənin əsl təfərrüatları isə məhkəmədə məlum olacaq.

XS
SM
MD
LG