Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:40

Sudanda spirtli içki içdiyinə görə 40 şallaq vurulan 2 kişi ölüb


Sudanda 40 şallaq vurulan iki kişi ölüb.

Onlar spirtli içki içdiklərinə görə 40 şallaq cəzası almışdı.

Birinin 45, digərinin 60 yaşı olan bu adamlardan biri cəza icra olunandan sonra yıxılıb, ölüb, digərinin halı pisləşib və xəstəxanaya çatdıra bilməyiblər.

Sudanda qadınlara da şallaq cəzası adi haldır. Onlar tez-tez açıq-saçıq geyindiklərinə görə cəzalanırlar.

May ayında hamilə qadın – Meriam Yahia İbrahim islamdan xristianlığa keçmək ittihamı ilə asılmaqla edam məhkum olundu. O, heç vaxt müsəlman olmadığını sübut edə bilmirdi.

1989-cu ildə Omar al-Bashir islamçıların dəstəklədiyi çevrilişlə hakimiyyətə gələndən sonra Sudanda mənəviyyat haqda qanunlar qəbul olundu.

XS
SM
MD
LG