Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:52

-

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic Azərbaycanda azad media fəallarına və təşkilatlarına qarşı təqiblərin intensivləşməsindən hiddətlənib.

Avqustun 8-də yayılan pres-relizdə deyilir ki, kimliyi bilinməyən bir qrup şəxs Reportyorların Azadlığı Və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisinə daxil olmağa çalışdığı vaxt Prokuorluğun nümayəndələri RATİ-nin rəhbəri Emin Hüseynovun anasının evində axtarış aparıblar və onun anasının kompüterini aparıblar.

Avqustun 5-də isə Emin Hüseynovu Bakı hava limanından çıxmağa qoymayıblar. O, İstanbula - təcili tibbi müalicə almağa gedirdi. Onun səyahətinə niyə qadağan qoyulduğu izah edilməyib.

Mijatovic Azərbaycan hakimiyyətini medianı və azad sələri təqib etməyi dayandırmağa çağırır və son vaxtlar Azərbaycanda baş verənləri xatırladır:

Media Hüquqları İnstitutunun və onun rəhbəri Rəşid Hacılının bank hesabları dondurulub. Ümumiyyətlə, hazırda Azərbaycanda 10-dan media nümayəndəsi həbsdədir.

Mijatovic vurğulayır ki, onlara qarşı cinayət işləri böhtan kampaniyası ilə müşayət olunur.

Mijatovic Azərbaycanda ifadə azadlığının gerilədiyini bildirir və Azərbaycan hökumətini ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırır. O, hökumətin diqqətinə çatdırır ki, jurnalistlər qorxudan azad mühitdə işləyə biməlidir.

Mijatovic əmindir ki, yaxın vaxtlarda Bakıya gələcək və onun səfəri bu məsələlərin həllinə kəmək edə biləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG