Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:11

UEFA Avropa Liqasında «Qarabağ» və «Neftçi»nin rəqibləri bəlli oldu…


«Qarabağ»-«Zalsburq»
«Qarabağ»-«Zalsburq»

-

UEFA Avropa Liqası play-off turunun püşkatması keçirilib.

Bakının «Neftçi» klubu «Partizan»la, Ağdamın «Qarabağ» klubu isə «Twente» ilə düşüb. Azərbaycan klubları bu mərhələdə rəqiblərini keçərsə, qruplarda mübarizə aparmaq hüquqi əldə edəcək.

Həm «Neftçi»nin, həm də «Qarabağ»ın tur atlaması Azərbaycanın futbol tarixində bir ilk olacaq. Çünki heç vaxt Azərbaycanın 2 klubu birlikdə UEFA Liqasında qruplara qalmayıb.

Yalnız bir dəfə ötən il «Neftçi» qruplara qalma başarısı əldə edib.

Avqustun 8-də UEFA Çempionlar Liqasının da püşkatması keçirilib. Bu püşkatmaya görə də Azərbaycanın yaxın qonşusu Türkiyənin «Beşiktaş» klubu İngiltərənin «Arsenal» klubu ilə qarşılaşmalıdır.

Türkiyənin digər ünlü klubu «Galatasaray» isə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək.

XS
SM
MD
LG