Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:28

Azərbaycan itkin düşmüş şəxslərin statistikasını açıqlayıb


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqov “AzərTAc”-a müsahibəsində bildirib ki, 2014-cü il avqustun 1-nə olan məlumata görə, 4015 nəfər itkin düşmüş, 1409 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib.

İtkin düşmüş 4015 nəfərdən 877 nəfərinin, o cümlədən 27 uşaq, 99 qadın və 133 qocanın əsir-girov götürülməsi, bu və ya digər səbəbdən işğal zamanı evlərini tərk edə bilməməsi barədə toplanmış materiallar müvafiq beynəlxalq təşkilatlara göndərilib.

O bildirib ki, erməni əsir-girovluğundan azad edilmiş vətəndaşlarımızın şahid ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilib, onların ilkin saxlanma yerləri və digər faktlar dəqiqləşdirilib.

Onun sözlərinə görə, Ermənistan bu şəxslərin əsir və girov götürülməsi faktını inkar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG