Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:10

-

Avqustun 7-də Tovuz rayonu ərazisində tutulan Ermənistan vətəndaşı 1989-cu il təvəllüdlü Karen Petrosyan ölüb. Bu barədə avqustun 8-də Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

«İlkin ehtimala görə, K. Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir», deyə nazirliyin məlumatında bildirilir.

Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin məlumatlandırıldığı bildirilir.

Müdafiə Nazirliyi avqustun 7-də Ermənistan vətəndaşları olan bir qrup kəşfiyyat-təxribat qrupunun qoşunların təmas xəttini keçməyə cəhd göstərdiyini və onlardan birinin, Karen Petrosyanın tutulduğunu və 4 nəfərin öldürüldüyünü bildirib.

AzadlıqRadiosunun Tovuzda olan müxbiri dünən yerli sakinlərin bir Ermənistan vətəndaşını saxladığını bildirib. Sakinlər müxbirə bildiriblər ki, onlar şübhəli saydıqları şəxsi Azərbaycan hərbçilərinə təhvil veriblər.

Ermənistan tərəfi hələlik bununla bağlı hər hansı açıqlama verməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG