Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:33

İsrail və Həmas yeni raket atəşlərinə başlayıb


İsrail Qəzzaya yeni raket atəşinə başlayıb.

3 günlük atəşkəs başa çatandan sonra Həmas İsrailə onlarla raket atmışdı. İsrail bu raket atəşinə cavab olaraq yenidən hücumlara başladığını bildirir.

Qəzzada məscidin yaxınlığına raket zərbəsindən 6 adam yaralnıb, 10 yaşlı uşaq ölüb.

Avqustun 8-nə keçən gecə boyu Qahirədə İsrail rəsmiləri ilə müxtəlif Fələstin fraksiyaları arasında sülh danışıqları nəticəsiz qaldı.

Həmasın sözçüsü Barhum deyib ki, İsrail Həmasın tələblərini yerinə yetirmədiyinə görə, Həmas atəşkəsin uzadılmasına razı olmadı.

Fələstin tərəfinin əsas tələbi İsrailin Qəzzanın blokadasına son qoyması və dəniz limanını açmasıdır. İsrail isə Qəzzanın hərbisizləşdirilməsini tələb edir.

XS
SM
MD
LG