Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:14

-

Böyük rus yazıçısı Lev Tolstoyun “Anna Karenina” romanı Youtube-da canlı oxunacaq.

Bu, oxucu marafonu olacaq və romanı dünyanın müxtəlif ölkələrindən olan 700 nəfər oxuycaq.

Bu, Tolstoyun “Yasnaya polyana” ev muzeyi ilə İnternet nəhəngi “Google”un birgə layihəsidir.

Romanın canlı oxunuşu 30 saat çəkəcək.

“Anna Karenina”nı növbəylə oxuyacaq şəxslər teatr, kino aktyorları, jurnalistlər, musiqiçilər, rəssamlar, populyar bloqçular, Tolstoyun nəslindən olanlar və adi İnternet istifadəçiləri olacaq.

Layihəni Rusiya prezidentinin müşaviri Vladimir Tolstoy da dəstəkləyir. Layihənin ideya müəllifi də odur. Məqsəd Tolstoyun əsərlərinin ənənəvi oxunuşunu müasir texnologiyalara uyğunlaşdırmaqdır.

Tolstoyun romanları həcmcə çox böyük olduğu və gənc nəsil müasir dövrdə daha çox qısa janrlara üstünlük verdiyi üçün Youtube-dakı layihə məhz gənclərin marağını cəlb etməyi hədəfləyir.

Oxucu marafonu oktyabrın 3-4-də Moskvada, Yasnaya Polyanada, Vladivostokda, Londonda, Paridə, Nyu-Yorkda... baş tutuacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG