Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:55

Obama yaraqlı islamçılara qarşı hədəfli hava zərbələrinə icazə verdi


ABŞ prezidenti Barack Obama İraqın şimalında İrbil şəhərində ABŞ hərbçilərini və diplomatlarını qorumaq üçün İslam Dövləti yaraqlılarına hava zərbələri endirməyə hərbçilərə səlahiyyət verdi.

Obama islam dövləti yaraqlılarından qaçan yezidilərə işarə edərək deyib ki, “biz ehtiyatlı və məsuliyyətli davranmalıyıq ki, mümkün soyqırımı hərəkətinin qabağını alaq.”

Obama deyib ki, hava zərtbələrinə icazə verir, lazım gəlsə, mülki əhalini qorumaq və İraqdakı qüvvələrə kömək etmək üçün hədəfli zərbələrdən istifadə oluna bilsin.

Obama bildirib ki, yezidlərə yardımı ABŞ təyyarələri artıq çatdırır. Onlar havadan humanitar bağlamalar atır.

Minlərlə yezidi Sincar dağında susuz və yeməksiz qalıb.

İslam dövləti yaraqlıları Sincar şəhərini tutanda minlərlə yezidi dağlara qaçdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG