Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:35

Türkiyədə Cahangir Novruzovun yubileyi qeyd edildi


Əməkdar incəsənət xadimi, professor Cahangir Novruzov

Əməkdar incəsənət xadimi, professor Cahangir Novruzov

-

İstanbulda əməkdar incəsənət xadimi, professor Cahangir Novruzovun 60 illik yubileyi qeyd olunub.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, mədəniyyət xadimləri, elm və təhsil adamları iştirak edib.

Yubiley tədbirində C. Novruzovun Azərbaycan və Türkiyə mədəniyyətləri arasında yaratdığı körpüdən, milli mədəniyyətin inkişafındakı xidmətlərindən söz açılıb, yubilyarın Türkiyənin mədəni-siyasi həyatındakı rolundan danışılıb.

Yubiley konsert proqramı ilə davam etdirilib.

C. Novruzov hazırda Türkiyənin Adana şəhərindəki Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

O, 2011-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına, 2014-cü ildə TÜRKSOY-un «20 illik medalı»na layiq görülüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG