Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:35

Putin Azərbaycan və Ermənistan prezidentləri ilə avqustun 9-da görüşəcək


-

Rusiya prezidenti Putin şənbə günü – avqustun 9-da Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.

Rita-Sita agentliyinin məlumatına görə, bunu avqustun 8-də Rusiya prezidentinin mətbuat xidməti bildirib.

Mətbuat xidməti bildirir ki, “İlham Əliyevlə söhbətdə Azərbaycan-Rusiya əməkdaşlığının ən vacib məsələləri müzakirə olunacaq, qarşılıqlı faydalı layihələrin, ilk növbədə energetika, investisiya və regionlararası əməkdaşlıq sahəsində layihələrinin irəli aparılmasında birgə addımlar əlaqələndiriləcək”.

“Serj Sarkisianla danışıqlarda Rusiya ilə Ermənistan arasında siyasi, ticarət və iqtisadi, humanitar əlaqələrin gələcək inkişafı müzakirə olunacaq. Ermənistanın Avrasiya iqtisadi birliyinə qoşulması prosesinə xüsusi diqqət yetiriləcək”.

XS
SM
MD
LG