Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:19

MN: «Ermənistana tuşlanan raketlərimiz...»


Ermənistanın müdafiə naziri Seyran Ohanyan

Ermənistanın müdafiə naziri Seyran Ohanyan

Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına (SES) hücumla bağlı səsləndirdiyi fikrə münasibət bildirib.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, SES-ə qarşı hər hansı diversiyanın cavabı dərhal və layiqli olacaq:

«Silahlı Qüvvələr işğal olunmuş rayonlarımızda və Ermənistanın ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir. Erməni xalqı bilməlidir ki,

Ermənistanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə, bunun cavabı daha acınacaqlı olacaq.

Ermənistan istiqamətində tuşlanmış raketlərimiz paytaxt Yerevan şəhərini belə yerlə-yeksan etmək əmrini icra etməyə hazıdır».

Avqustun 7-də yayılan məlumatlara görə, Seyran Ohanyan hökumətin iclasında bildirib ki, Azərbaycan Ermənistan tərəfin Mingəçevir SES-ə hücumundan qorxur.

Günün bütün mövzuları

XS
SM
MD
LG