Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

Xəstəxana mühafizəçiləri baş həkimdən narazıdır


Arxiv fotosu
Arxiv fotosu

“Özü pul qazanır, bizimsə maaşlarımızı 3 aydır ki, vermir”

Topçubaşov adına Elmi-Cərrahiyyə İnstitutunun mühafizəçiləri Ramil Şükürov, Rövşən Cəfərov, Orxan Cəfərov, Nicat Şirinov, Zakir Həsənov Rəşad Mahmudov baş həkimdən şikayətçidilər. Onlar azı 3 aydır ki, maaşlarını ala bilmədiklərini deyirlər. Bu barədə “Qaynar xətt”ə daxil olmuş məktublarında yazılır:

“Topçubaşov adına Elmi-Cərrahiyə İnstitutunun baş həkimi Yusif Əliyev öz maraqlarına xidmət edən mühafizə xidməti yaradıb. Həmin mühafizə xidməti heç bir dövlət orqanında qeydiyyatdan keçməyib”.

Mühafizəçilər maaşlarını almayanadək işə çıxmayacaqlarını bildirirlər.

Baş həkim Yusif Əliyev isə mühafizə işinin xəstəxanaya aidiyyəti olmadığını bildirib. O, qeyd edib ki, mühafizəçilər maaşı müqaviıə bağladıqları yerdən alırlar. O isə xəstəxanada müalicə işlərinə cavabehdir.

Baş həkim onu da bildirib ki, həmin mühafizəçilər işlərinin öhdəsindən gələ bilmədiklərinə görə işdən çıxarılıblar.

XS
SM
MD
LG