Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:44

Rusiya rəsmiləri Avropa və ABŞ-dan ərzaq idxalına qadağa qoyduqdan sonra çıxış yolu kimi Cənubi Amerika ölkələri ilə anlaşmaq istəyir.

Çili Ticarət Təşkilatının rəhbəri Andres Rebolledo deyib ki, avqustun 7-də o və digər Latın Amerikası rəsmiləri ərzaq idxalının genişləndirilməsi üçün rusiyalı məmurlarla görüşüblər.

Andres Rebolledonun sözlərinə görə, rusiyalı rəsmilər Çiliyə tələb olunan məhsulların siyahısını təqdim edəcək.

Rusiyanın baş naziri Dmitry Medvedev avqustun 7-də 32 ölkədən meyvə, tərəvəz, ət, balıq və süd məhsullarının idxalına qadağa qoyub.

Avropa və ABŞ Ukrayna böhranı üzündən Rusiyaya qarşı sansksiyalar qoyandan sonra rəsmi Moskva da analoji addım atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG