Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:18

Amerikada Ebola virusuna qarşı hazırlanan sınaq dərmanın istifadəsinə icazə verildi


Ebola xəstəsi xəstəxanaya aparılır, İspaniya

Ebola xəstəsi xəstəxanaya aparılır, İspaniya

ABŞ-ın ərzaq və dərman məsələləri üzrə idarəsi Ebola virusuna qarşı Amerikada hazırlanan eksperimental preparatın istifadəsinə icazə verib.

Bu barədə Tekmira əczaçılıq şirkəti məlumat yayıb.

ABŞ hakimiyyəti «tam klinik qadağan»ı «qismən klinik qadağa» ilə əvəzləyib.

ABŞ-da dərmanı iki amerikalının üzərində sınaqdan keçiriblər. Dərman qəbulundan sonra onlardan birinin vəziyyətində yaxşılaşma müşahidə olunub.

Ebola virusuna yoluxduğu güman edilən amerikalılar Liberiyada xəstələrlə ünsiyyətdə olublar. Liberiyada xəstəliyin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Ölümcül infeksiya sayılan Ebolanın ilkin simptomları yüksək hərarət və boğaz ağrısıdır, virusa yoluxma qusma, diareya, daxili və xarici qanaxma ilə müşahidə olunur.

Xəstəlik Afrikanın qərbində yayılıb. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Eboladan ölənlərin sayı 1000-ə çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG