Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:26

Ebola xəstəliyinə qarşı dərmandan istifadə mənəvi mübahisə yaradıb


Ebola xəstəliyinə tutulan 1000-dən çox afrikalı dərmansız qaldığı vaxt bu xəstəliyə tutulan iki amerikalının müalicəsində eksperimental dərmandan istifadə etmək qərarı böyük mübahisə doğurub. Ancaq ekspertlər bildirirlər ki, bu qərar mənəvi baxımdan düzgündür.

Dərmanı istehsal edən Mapp Phrmaceuticals şirkəti isə bildirir ki, dərmanın Ebola xəstəliyini sağaltması hələ sübut olunmayıb. Ona görə ondan istifadəyə yalnız həkimlər icazə verə bilər.

Dünya Səhiyyə təşkilatı gələn həftə xüsusi toplantı keçirəcək və Zmapp adlı həmin dərmandan Qərbi Afrikada Ebola xəstəliyinə qarşı istifadə edib-etməməyi müəyyən edəcək.

Ebola xəstəliyindən azı 932 adam ölüb. Xəstəlik Qərbi Afrika ölkələrində yayılıb.

Həmin iki amerikalı isə Qərbi Afrikada çalışan xeyriyyə təşkilatının işçiləri idi.

Ebola xəstəliyinin dərmanı hələ tapılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG