Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:20

-

Avqustun 7-də vəkil Nemət Kərimli Bakı İstintaq Təcridxanasında saxlanan müsavatçı Fərəc Kərimli və onun qardaşı Sirac Kərimli ilə görüşüb.

Vəkilin AzadlıqRadiosuna bildirdiyinə görə, Fərəc Kərimlinin vəziyyəti normal olsa da, Sirac Kərimlinin səhhətində problemlər qalır:

«Fərəc saxlanarkən psixoloji təzyiqlə üzləşib. İttihamları qəbul etsin deyə, ona hədə-qorxu gəliblər. O isə ittihamları qəbul etmir. Bildirir ki, həbsinin səbəbi siyasi fəaliyyətlə məşğul olmasıdır. Siracın bədənində işgəncə izləri hələ də qalır. Bir az normallaşsa da, müalicəyə ehtiyacı var».

Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də məhkəmə onun haqqında 3 aylıq həbs qərarı çıxarıb. Daxili İşlər Nazirliyi saxlanarkən onun üzərindən narkotik maddə tapıldığı haqda məlumat yaymışdı. Bundan bir neçə gün əvvəl onun qardaşı Sirac Kərimli həbs olunmuşdu.

Müsavat Partiyası bəyanat yayaraq Fərəc Kərimlinin siyasi və bloqqer fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG