Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:13

Meymun öz fotosunu çəkdi, müəlliflik haqqı üstə dava düşdü


Wikipedia
Wikipedia

-

İnternetdəki Wikipedia ensiklopediyasını şəkillə təchiz edən Wikimedia fondu britaniyalı fotoqraf David Slater-in iddiasını rədd edib.

Fotoqraf tələb edir ki, qara makakanın onun fotoaparatı ilə çəkdiyi selfie (avtoportret) hamının sərbəst, pulsuz istifadə edə biləcəyi fotolar siyahısından çıxarılsın.

Wikimedia öz mövqeyini belə əsaslandırır ki, fotonu meymun çəkdiyi üçün onun müəlliflik haqları fotoqrafa aid ola bilməz.

Slater yetərincə tanınan fotoqrafdır. Onun 2011-ci ildə İndoneziyada çəkdiyi fotolar məşhur jurnallarda çap edilib.

O zaman fotoqraf cəngəllikdə qara makaka sürüsünə rast gəlmişdi. Slater fotokameranı sürüyə yaxın yerdə ştativ üstünə yerləşdirib kənara çəkilmişdi.

Bu zaman makakalardan biri fotoaparatı götürüb özünün bir neçə fotosunu çəkmişdi.

Dişlərini ağardan meymunun selfie-si o zaman bütün dünyanı gəzmişdi.

Fotoqraf deyir ki, düzdü, fotoaparatın düyməsini meymun basıb, amma fotoaparatı nizamlayan, quraşdıran onun özü olub.

Slater şikayətlənir ki, belə bir gözəl fotonun pulsuz dövriyyəyə buraxılması ona maddi cəhətdən zərbədir. Çünki bu ona məxsus olan ən məşhur fotodur.

İndi fotoqraf məhkəməyə müraciət etmək və 10 min funt-sterlinq təzminat tələb etmək fikrindədir.

Amerikada qeydiyyatdan keçmiş Wikimedia isə deyir ki, qanun onun tərəfindədir, çünki ABŞ qanunları “insan olmayan müəlliflərə avtomatik şəkildə müəlliflik hüququ vermir”. Fotoqrafın bu cür fotoya iddiası o zaman ola bilər ki, hazır fotoya korrektələr etmiş olsun. Hətta bu halda da onun müəlliflik hüququ həmin korrektələrlə məhdudlaşmış olacaq.

“Daily Mail”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG