Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:08

Elmar Məmmədyarov BMT-də nədən danışacaq?


Elmar Məmmədyarovun çıxışı üç istiqamətdə olacaq
Elmar Məmmədyarovun çıxışı üç istiqamətdə olacaq

Sentyabrın 25-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 61-ci sessiyasında çıxışı gözlənilir. Bu barədə «Azadlıq» radiosuna məlumat verən XİN rəsmisi Tahir Tağızadənin sözlərinə görə, nazirin çıxışı üç istiqamətdə olacaq: GUAM ərazisində «dondurulmuş» münaqişələr, BMT-də islahatlar və sivilizasiyalararası münasibətlər.


Politoloq Vəfa Quluzadə hesab edir ki, əgər digər ölkələrin də nümayəndələri Gürcüstan prezidenti Mixail Saakaşvili kimi dondurulmuş münaqişələrə görə günahkarların adını açıq şəkildə bayan eləsə bundan hansısa bir nəticə gözləmək mümkündür. Politoloqa görə, əslində BMT Rusiyanın bu məsələlərdə adının çəkilməsində maraqlıdır.


YAP-çı deputat Aydın Mirzəzadə bir qədər fərqli fikirdədir. O, hesab edir ki, əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin BMT-də müzakirəsi yox, beynəlxalq ictimaiyyətin məsələyə ciddi diqqətindən gedir. Azərbaycanın BMT-yə üzv olduğu 15 il müddətində torpaqlarının Ermənistan tərəfindən işğal olunmasıyla bağlı məsələlərin müzakirə edilmədiyini deyən politoloqa görə, indi Ermənistan həmin müzakirələrdə səslənən suallara cavab verməli olacaq. O ki, qaldı BMT Baş Assambleyasının 61-ci sessiyasında «dondurulmuş» münaqişələrlə bağlı müzakirələrdə Rusiyanın adının birbaşa çəkilməsinə Aydın Mirzəzadə hesab edir ki, belə bir üsulla münaqişələrin həllinə nail olmaq xeyli çətindir. Digər tərəfdən cənab Mirzəzadə yada salır ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycan-Rusiya münasibətlərə xələl gətirəcək hər hansı bir addım atılmamalıdır. Onun qənaətincə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn məzmununa və məğzinə uyğun addımlar atılmalıdır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG