Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

İslam Dövləti yaraqlıları İraqın ən böyük xristian şəhərini tutub


İslam Dövləti yaraqlıları İraqın ən böyük xristian şəhərini və ətrafdakı əraziləri tutublar. On minlərlə xristian evlərindən qaçır.

Avqustun 7-də Qaraqosh şəhərinin tutulmasından qabaq kürdlərin peşmərqə silahlıları islamçılarla döyüşdə məğlub olaraq şəhəri tərk edib.

İslamçılar xristianların yaşadıqları Tall Kayf, Bartella, Karamleş şəhərlərini də tutub.

Avqustun 7-də Roma Papası Francis bütün dünya hökumətlərinə müraciət edib ki, İraqda xrisitanları qorusunlar.

İraq Kürdüstanının televiziyası xəbər verir ki, kürdlərin əksəriyyət təşkil etdiyi 2 şəhər – Mahmour və Gvar da islamçılar tərəfindən tutulub.

Hazırda islamçılar İraq Kürdüstanının 20 km-liyindədir.

Qaraqoshda 50 min adam yaşayır. Ancaq bura o biri şəhərlərdən qaçıb gələnlər çox idi. Onlar peşmərqə qüvvələrinin himayəsinə ümid edirdi.

İslamçılar tutduqları şəhərlərdə qeyri-müsəlmanlara təklif edirlər ki, ya islamı qəbul eysinlər ya da ölümlə üzləşəcəklər.

İslamçıların tutduğu Sincar şəhərindən minlərlə yezidi dağlara qaçıb.

BMT bildirib ki, İraqın şimalında islamçıların irəliləməsi ilə 200 min adam evindən didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG