Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:23

Türk rejissoru ölümlə hədələyirlər


Fatih Akin Ermənistanda, 13 iyul 2010
Fatih Akin Ermənistanda, 13 iyul 2010

-

Radikal türk millətçiləri Almaniyada yaşayan türk əsilli rejissor Fatih Akını ölümlə hədələyiblər.

Səbəb Akının 1915-ci ilin “erməni soyqırımı” haqda film çəkməsidir.

“The cut” (Yara) filminin avqustun 27-də başlanacaq Venesiya Festivalında premyerası olacaq.

Filmdə Nazareth Manoogian adlı gənc doğma Mardin kəndindən sürgün edilir, deportasiyadan sonra öyrənir ki, qızları sağ ola bilər. O, müxtəlif məkanlara üz tutub qızlarını axtarmağa başlayır.

Türkiyədə həm hakimiyyətdə olan islamçı qüvvələr, həm də millətçi müxalifət Osmanlı İmperiyasındakı hadisələrin “soyqırım” kimi təqdim edilməsinə qarşıdır. Baxmayaraq ki, baş nazir Erdogan son çıxışlarının birində sözügedən hadisələri “insaniyyətdən kənar” adlandırıb.

Radikal türk millətçiləri Facebook-dakı səhifələrində xəbərdarlıq ediblər ki, filmin Türkiyənin heç bir kinoteatrında göstərilməsinə imkan verməyəcəklər.

“Biz filmin nümayişinə cəhdləri səbirsizliklə gözləyirik. Ağ beretlə” – deyə onlar əkavə ediblər.

"The Cut" filmindən kadr
"The Cut" filmindən kadr

Bu, Ögün Samastın beretinə işarədir.

2007-ci ildə Türkiyədə erməni jurnalist Hrand Dinki öldürən radikal millətçinin.

Dink 1915-ci ilin hadisələrinin “soyqırım” kimi tanınmasına çalışırdı.

Samast radikal millətçilər üçün qəhrəmana çevrilib.

Akın Dink haqda da film çəkmək planlarını da təxirə salıb.

O deyib ki, heç bir türk aktyor filmdə çəkilmək istəmir, çünki intiqamdan qorxur.

Rejissor buna görə də heç bir aktyorun həyatını təhlükəyə atmaq istəmədiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG