Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:27

-

Müdafiə Nazirliyi bildirir ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib: «Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb», deyə nazirlik bildirir.

Müdafiə Nazirliyi qarşı tərəfin itki verdiyini açıqlayıb və bir nəfərin həbs edildiyini deyib:

«Qrupun daha bir üzvü Berd rayonunun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub».

AzadlıqRadiosunun Tovuzda olan müxbiri dünən yerli sakinlərin bir Ermənistan vətəndaşını saxladığını bildirib. Sakinlər müxbirə bildiriblər ki, onlar şübhəli saydıqları şəxsi Azərbaycan hərbçilərinə təhvil veriblər.

Ermənistan tərəfi hələlik bununla bağlı hər hansı açıqlama verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG