Rusiya ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowdenə Rusiyada 3 il yaşayış icazəsi verdi.
Onun vəkili Kucherena deyib ki, Snowden gələcəkdə Rusiya vətəndaşlığı da ala bilər.
Vəkilin sözlərinə görə, Snowden Rusiya daxilində və xaricə sərbəst səyahət edə bilər, ancaq 3 ay müddətindən çox olmayaraq.
ABŞ-da kəşfiyat orqanlarının vətəndaşların və hətta xarici dövlət başçılarının telefonlarını dinləməsi haqda sənədləri açıqlaynadan sonra Snowden Rusiyada keçən ilin avqustunda 1 illiyə sığınacaq almışdı. Onun müddəti bu il iyulun 31-də bitmişdi.
ABŞ Snowdenin verilməsini tələb edir.