Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:56

Ən möhtəşəm filmlər - David Lynch-in 4-lüyü


David Lynch
David Lynch

-

Sizcə, kino tarixində ən möhtəşəm filmlər hansıdır?

Məşhur Amerika rejissoru, “Fil-adam”, “Heç yerə aparmayan şosse” kimi filmlərin yaradıcısı David Lynch bu sualın cavabında 4 filmin adını çəkir:

Ən birinci Federico Fellininin “film haqda film”i olan “8½”ın. “Mən onun filmlərinə təkrar-təkrar baxıram” – deyir Lynch.

Dördlükdəki digər filmlər:

“Sanset Bulvarı”, Billy Wilder

Joe Gillis gənc ssenaristdir, Hollywood-u fəth etmək arzusundadır. Amma onun ssenariləri heç kəsə lazım deyil.

O bir qoca aktrisa ilə münasibət qurub Hollywood-a yol tapmaq istəyir. Daha sonra gənc bir aktrisaya aşiq olur.

Şəxsi həyatda da özünü tapa bilməyən Joe-nun meyiti sonda Sanset Bulvarındakı hovuzdan tapılır… (Ardı aşağıda)

“Cənab Yulonun tətil günləri”, Jacques Tati

Fransız rejissorun bu filmi müharibədən sonra insanların həyatında karyeranın istirahət, sağlamlıq kimi dəyərləri üstələməsindən bəhs edir.

Bir də insanın siyasətdən, zəhlətökən siyasətçilərdən qaçıb canını qurtara bilməməsindən. (Ardı aşağıda)

“Həyətə açılan pəncərə”, Alfred Hitchcock

Filmin baş qəhrəmanı ayağını sındırıb və ayağı gipsdə evdə oturub müalicə alır. Onun işi səhərdən axşamacan həyətə açılan pəncərədən qonşuları müşahidə etməkdir.

Günlərin bir günü o, qonşulardan birinin evində cinayət baş verməsindən şübhələnir… Amma heç kəs ona inanmır, hətta polis dostu da.

İzlənən qonşu duyuq düşür və onu güdəni cəzalandırmaq qərarına gəlir…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG