Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

Rusiya Qərbdən ərzaq idxalına embarqo elan etdi


Rusiya elan edib ki, ABŞ, Avropa Birliyi,Avstraliya, Kanada və Norveçdən ərzaq idxalının əksər hissəsinə tam embarqo qoyur.

Embarqo siyahısına mal, donuz,quş və balıq ətləri,meyvə, tərəvəz, pendir, süd və digər gündəlik məhsullar daxildir.

Bunu avqustun 7-də Rusiyanın baş naziri Dmitri Medvedev elan edib. O bildirib ki, “sanksiyalarda yaxşı heç nə yoxdur. Bu qərarı qəbul etmək çətin olub, ancaq “biz bunu etməyə məcbur idik”.

Rusiyanın bu addımı Ukrayna hadisələrinə görə Qərbin Rusiyaya qarşı sanskiyalarına cavabdır.

Sanksiyaların müddəti bir il olacaq.

Sanksiya siyahısına uşaq yeməkləri və rusiyalıların xaricdə olarkən alıb, Rusiyaya gətirdikləri ərzağa aid deyil.

Medvdev deyib ki, vəziyyət dəyişsə, sanksiyalara yenidən baxıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG