Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:02

Kiyevdə polislə «Maydan müdafiəçiləri» arasında qarşıdurma olub


Arxiv foto

Arxiv foto

-

Kiyevin mərkəzində polislə özünü «Maydanın müdafiəçiləri» adlandıranlar arasında qarşıdurma yaranıb. Qarşıdurma kommunal xidmət əməkdaşlarının barrikadaları yığışdırmaq istəyərkən baş verib.

«Gazeta.ua»ın məlumatına görə, hüquq mühafizə orqanlarının əməkdaşları adamların dağıdılmasında tüstü yaradan qranatlardan istifadə edir, fəallar isə qarşı tərəfə daş və fişənglər atırlar. Müstəqillik meydanındakı bütün kafe və ticarət köşklərinin bağlandığı bildirilir.

İyulun 9-da Kiyevin mərkəzindəki inzibati binaların boşaldılması ilə bağlı Ukraynanın baş prokuroru ölkənin Daxili işlər və Təhlükəsizlik nazirliklərinə müraciət edib.

Ukrayna daxili işlər naziri Arsen Avakov bu günkü Maydanı Rusiyanın «Federal Təhlükəsizlik Xidmətinin və marginal partiyaların layihəsi» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG