Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Latviyanın müdafiə naziri Azərbaycanda səfərdədir


Latviyanın müdafiə naziri Raimonds Veyonis

Latviyanın müdafiə naziri Raimonds Veyonis

Latviyanın müdafiə naziri Raimonds Veyonis Azərbaycanda səfərdədir

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Latviya nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə nazir Zakir Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata keçirildiyini və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

Son dövrdə qoşunların təmas xəttində baş verən gərginliyə toxunan Müdafiə naziri Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Məlumata görə, Raimonds Veyonis Latviyanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Latviya Müdafiə nazirinin Azərbaycana səfəri avqustun 11-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG