Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:02

Kambocada iki kommunist ömürlük həbsə məhkum edilib


Khieu Samphan və Nuon Chea

Khieu Samphan və Nuon Chea

Kambodcanın «qırmızı kxmerlər» adlandırılan iki kommunist lideri insanlığa qarşı cinayətə görə ömürlük həbsə məhkum edilib.

Kambodca məhkəməsi 83 yaşlı keçmiş dövlət başçısı Khieu Samphan-un və hakimiyyətin ideoloqlarından hesab olunan 88 yaşlı Nuon Chea-nı 2 milyondan çox kambocalının ölümündə günahkar olduğunu sübut edib.

Hökumdən şikayət verməyin mümkünlüyünə gəlincə hakimlər bildirblər ki, ağır cinayət törətdikləri üçün hər iki şəxs həbsdə qalacaq.

«Qırmızı kxmerlər»in hakimiyyəti dövründə törədilən cinayətlərin araşdırlması ilə BMT yanında Kamboca tribunalı məşğul olur.

Pol Potun rəhbərliyi altında «Qırmızı kxmerlər» 1975-ci ildən 1979-cu ilə qədər Kambocada hakimiyyətdə olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG