Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:26

«Nə vaxt dağılacaq, bilinmir, ancaq dağılanda bir günə dağılacaq»- Mətbuat icmalı


-

Necə etməli ki, Putin Ukraynadan əl çəksin? Sanksiyadan başqa yol varmı? “Putin hakimiyyəti Sovet İttifaqının bir növüdür”. Dünya əhalıisi qovcalır – Moody reytinq agentliyinin hesabatı.

Media bu gün nədən yazır?

BAŞQA VARIANT

New York Times qəzetindəki məqaləsində ABŞ-ın Rusiyadakı keçmiş səfiri Michael McFaul yazır ki, Obama hökuməti Rusiyaya qarşı geniş iqtisadi sanskiyalar tətbiq edir, Avropa alternativ enerji siyasəti fikirləşir, NATO canlanır, mənəvi cəbhədə beynəlxalq aləmdə hamı Rusiyanı pisləyir, onun beynəlxalq nüfuzu aşağı düşür.

Rusiyanın biznes liderlərinə və rəsmilərinə qarşı sanksiyalar qoyulur ki. onlar öz liderləri Putini strategiyasını dəyişməyə sövq etsinlər. Ancaq Putin öz fikrini dəyişənə oxşamır. Hətta bəziləri düşünür ki, , bunun sonu müharibə olacaq. Bu da hamını məyus edəcək.

Mcfaul bunun əvəzində başqa variant təklif edir. O yazır ki, Putini vurmağın ən yaxşı yolu Ukraynaya kömək etməkdir. Qərb Ukraynanı gücləndirməyi ciddi şəkildə düşünməlidir.

PUTİNƏ VƏZİYYƏTDƏN ÇIXMAĞA İMKAN VERİLSİN?

Emile Simpson Foreign Policy məcmuəsində yazır ki, əgər Qərb vəziyyətin gərginliyini real olaraq azaltmaq istəyirsə, onda sanksiyalar qalmaqla, Putini cəzalandırmaq yox, Putinə bu vəziyyətdən çıxmağa imkan verilməlidir.

PUTİN YIXILSA

New Republic məcmuəsində isə Julie İoffe yazır ki, Vladimir Putin yıxıla bilər.Bəs sonra nə olacaq?

İoffe yazır ki, Avropanın Rusiyaya qarşı birinci sanksiyalarına Rusiyada gülürdülər.

İndi isə Putin hakimiyyətə gələn kimi milyarderə çevrilən onun köhnə dostu Timchenko deyir ki, yayda Fransaya istirahətə gedə bilmir və yaxud İsveçrədə universitetdə oxuyan 19 yaşlı oğluna baş çəkə bilmir. Timchenko deyir: “Bizim cəmiyyət bu sanksiyaları olduğundan aşağı qiymətləndirir. Bunlar çox ciddidir”.

Ancaq İoffe yazır ki, Putin hakimiyyətə gələndə Rusiyada adambaşına ÜDM 1771 dollar idi. İndi isə bu, 14 000 dollardır. Bu, Çindəkindən sürətli inkişafdır.

İoffe yazır ki, Putin təkcə ona görə populyar deyil ki, televiziyalara nəzarət edir, O rusiyalılara nəsə verib.

İoffenin fikrincə, Putin Sovet İttifaqının variasiyasıdır, necə ki, Sovet İttifaqının özü çar Rusiyasının variasiyası idi.

İoffe onu da misal çəkir ki. SSRİ dağılanda hakimiyyət başına sovet dövrünün dissidentləri yox, həmin o Kommunist partiyasının keçmiş bossu Yeltsin gəldi.

İopffe yazır ki, o keçən dekabrda Qleb Pavlovski ilə görüşüb. Rusiyalı politoloq ona deyib ki,”bu sistemin nə vaxt dağılacağını demək çətindir, ancaq dağılanda bir günə dağılacaq”.

Pavlovski bir bir fikir də söyləyib: “Bunun yerinə gələn elə bunun eyni olacaq”.

DÜNYA QOCALIR

Financial Times qəzeti yazır ki, dünya qocalır. Hazırda dünyada cəmi 3 super yaşlı ölkə var, 2020-ci ildə bunlar 13 olacaq.

Super yaşlı ölkə deyəndə əhalinin 20 faizi 65 yaşdan yuxarı ölkə nəzərdə tutulur.

2030-cu ildə belə ölkələrin sayı 34 olmalıdır. Bunu Moody reytinq agentliyi bildirir.

Hazırda yalnız Almaniya, Yaponiya və İtaliya super yaşlı dövlətdir.

2020-ci ildə super yaşlı dövlətlərə əlavə olunanlar əsasən Avropa ölkələri olacaq. 2030-cu ildə isə onlara Honq Konq , Cənubi Koreya, ABŞ, Britaniya, Yeni Zelandiya kimi ölkələr də qoşulacaq.

Əhalinin yaşlaşması iqtisadi və sosial problem yaradır. İşləyənlər daha çox işləməlidir ki, həm özünü saxalasın, həm də yaşlıların pensiyalarını təmin edə bilsin. Moody bildirir ki, qlobal işləyən əhalinin artımı gələn 15 ildə son 15 ildəki artımın yalnız yarısı qədər olacaq. Yəni işləyən əhalinin sayının artım sürəti azalacaq.

Moody hesab edir ki, əhalinin yaşlaşması növbəti 5 ildə dünya iqtisadiyyatının artımını 0,4 faiz , 2020-2030-cu illərdə isə 0,9 faiz azaldacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG