Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:14

Nazirlik cəbhədə döyüşmək üçün xeyli sayda adamın müraciət etdiyini deyir


Azərbaycanda yüzlərlə şəxs, o cümlədən xaricdə yaşayan azərbaycanlılar könüllü olaraq cəbhədə döyüşmək üçün Müdafiə Nazirliyinə müraciət edib.

Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, son dövrlər ictimaiyyət tərəfindən Müdafiə Nazirliyinə, Azərbaycan Silahlı Qüvvələrinə böyük dəstək var:

«Orduya, cəbhə bölgəsində döyüşlərə qatılmağa can atan həddindən çox könüllü var. Müxtəlif şəhər və rayonlardan Qarabağ müharibəsi veteranları məktubla müraciət edərək ön xəttə getmək istədiklərini ifadə ediblər. Hətta xaricdə yaşayan azərbaycanlılar da Müdafiə Nazirliyinə müraciət edib orduya çağırılmalarını istəyirlər. Təkcə Rusiyanın Komi Respublikasının Uxta şəhərindən bizə zəng edib deyirlər ki, 60 nəfər azərbaycanlı adbaad gəlib Ordunun tərkibində döyüşmək istəyirlər. Bunların hamısı çox müsbət haldır. Amma hal-hazırda Silahlı Qüvvələrimizin buna ehtiyacı yoxdur».

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, onlara müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmək üçün hərbi hissələrə müraciət etmələri tövsiyə olunur.

V. Dərgahlı deyir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin silah-sursat və texnikası, döyüş əzmi erməni qüvvələrinin hücumlarını dəf etmək, torpaqları azad etməyə hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG