Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:48

«Qəzzada bərpa işlərinə sonuncu dəfə yardım etməyə hazırıq»


Ban Ki-moon

Ban Ki-moon

-

BMT baş katibi Ban Ki-moon bildirib ki, Qəzzada bərpa işlərinə yardım etməyə hazırdırlar, ancaq bunu sonuncu dəfədir edirlər.

Ban bunu ötən gün BMT Baş Assambleyasının xüsusi iclasının açılışı zamanı deyib.

BMT rəsmisi Qəzzada kütləvi ölümlər və dağıntılardan söhbət açıb və xəbərdarlıq edib ki, «biz tikəcəyik, ancaq bu bərpa işləri sonuncu dəfə olmalıdır. Bu artıq bitməlidir».

İsrail baş naziri Benjamin Netanyahu bildirib ki, İsrailin Qəzzadakı hərəkətləri «əsaslı» və «mütənasib» olub.

Qəzza zolağında 4 həftədir davam edən döyüşlərdə 1875 fələstinli, 67 israilli ölüb. Qəzza əhalisinin təxminən yarısı evindən didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG