Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:49

ABŞ prezidenti Barack Obama bildirib ki, minə yaxın adamın Ebola virusundan öldüyü Qərbi Afrikaya sınaq dövrü yaşayan dərmanı göndərmək hələ tezdir.

Obama qeyd edib ki, əvəzində xəstəliyin aşkarlandığı Liberiya, Sierra Leone, Qvineya və Nigeriya xəstəliklə mübarizə üçün «güclü ictimai infrastruktur» yaratmalıdır.

ABŞ-da dərmanı iki amerikalının üzərində sınaqdan keçiriblər. Dərman qəbulundan sonra onlardan birinin vəziyyətində yaxşılaşma müşahidə olunub.

Ebola virusuna yoluxduğu güman edilən amerikalılar Liberiyada xəstələrlə ünsiyyətdə olublar. Ötən gün Liberiyada xəstəliyin yayılması ilə əlaqədar fövqəladə vəziyyət élan edilib.

Ölümcül infeksiya sayılan Ebola ilə mübarizə yolları hələlik tibbə məlum deyil.

Onun ilkin simptomları yüksək hərarət və boğaz ağrısıdır, virusa yoluxma qusma, diareya, daxili və xarici qanaxma ilə müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG