Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:20

Zeynal Nağdəliyevin avtomobili ilə toqquşan maşının sürücüsü ölüb


Zeynal Nağdəliyev

Zeynal Nağdəliyev

-

Prezidenti Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevin avtomobili ilə toqquşan maşının sürücüsü - 21 yaşlı Nazim Cəbiyev Kürdəmir rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Ölüm faktını xəstəxananın baş həkimi Taris İslamov təsdiqləyib. Baş həkimin dediyinə görə, hadisə avqustun 5-i axşam saat 7-8 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonun Qarabucaq kəndindən keçən hissəsində baş verib:

«Xəstəxanaya iki nəfər gətirmişdilər. Onlardan biri - Nazim Cəfərov bu gecə vəfat etdi. O biri də ortayaşlı adam idi. Tanımadım kim idi, ona da tibbi yardım göstərdik».

apa-nın yazdığına görə, avqustun 5-də Kürdəmir ərazisində avtomobil qəzasında xəsarət alan ikinci şəxs Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevdir.

Məlumatda bildirilir ki, çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alan Zeynal Nağdəliyev gecə helikopterlə Bakıya çatdırılıb.

Qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG