Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:45

Ermənistanın müdafiə naziri deyir ki, sülhü mühafizə qüvvələrinə ehtiyac yoxdur


Ohanian mətbuat konfransında

Ohanian mətbuat konfransında

Ermənistanın müdafiə naziri Seyran Ohanian avqustun 6-da Yerevanda Müdafiə nazirliyində mətbuat konfransı keçirib.

Jurnalistləri ən çox maraqlandıran sual o olub ki, Rusiya Dağlıq Qarabağda son gərginlikdən istifadə edib, cəbhə bölgəsinə sülhü mühafizə qüvvələri yerləşdirə bilərmi?

Ohanian cavab verib ki, “sülhümahifəzə qüvvələrinə ehtiyac yoxdur”.

O bildirib ki, "Dağlıq Qarabağ dünyada yeganə münaqişə zonasıdır ki. burda nisbi barışıq 3-cü qüvvə olmadan saxlanılır".

Avqustun 8-9-u Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə Rusiya prezidentinin iştirakı ilə görüşündən nə gözlənilir? – sualına isə Ohanian cavab verib ki, “bu görüşdən sonra sülhün olacağı ehtimalı azdır.”

Ohanian onu da deyir ki. hər belə görüş danışıq aparmağa, dialoq qurmağa əsas yaradır. Dialoq isə siyasi həllə şərait yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG