Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:48

Prezident cəbhə bölgəsində operativ müşavirə keçirib


-

Prezident İlham Əliyev avqustun 6-da Ağdamdakı hərbi hissədə olub.

Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, əsgərlərlə görüşdən sonra operativ müşavirə keçirilib, müvafiq tapşırıqlar verilib.

Daha sonra prezident Ağdamda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib.

Qəsəbəyə Ağdam rayonunun «Dörd yol» adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda yaşayan 3100 ağdamlı məcburi köçkün köçürüləcək.

Sonra İlham Əliyev Ağdam rayon sakinləri ilə görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG